Siyasət

Separatçı başçı yenə Moskvaya gedəcək – Yeni “seçki”lərə icazə üçün…

Azərbaycan Respublikasının Yuxarı Qarabağ ərazisinin rəsmən sülhməramlı missiyalı Rusiya hərbi kontingentinin nəzarətində qalan hissəsindəki separatçı-terrorçu rejim tör-töküntülərinin başçısı Araik Arutyunyanın yaxın günlərdə yenidən Moskvaya yola düşəcəyi haqda informasiyalar yayılıb.

Savash.org xəbər verir ki, bu haqda qəsbkar Ermənistanın “Qraparak” nəşri özəl mənbələrinə istinadla  məlumat yayıb.

Məlumata görə, Araik öz komandasına Moskvadan qayıtdıqdan sonra siyasi məsləhətləşmələrə başlayacağını və ondan narazı müxalifətçilərin də “dövlət” idarəetmə sistemində yer tutacağını söyləyib. Üstəlik, onun Rusiya paytaxtında separatçı rejimin nəzarətində qalan ərazidə yeni qanunsuz “parlament” və “prezident” seçkilərinin keçirilməsinin mümkünlüyünü müzakirə edəcəyinin gözlənildiyi də bildirilir.

Xatırladaq ki, 10 Noyabr razılaşmasından bəri separatçı rejim rəhbərinin Moskvaya azı iki dəfə səfər etməsi haqda informasiyalar  verilmişdi./Moderator



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button