Dünya

Serbiyada hərbi müəssisədə partlayış baş verib

Serbiyanın Cacak qəsəbəsi yaxınlığındakı “Sloboda” hərbi müəssisəsində partlayış baş verib.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Partlayış yerli vaxtla saat 20:00 radələrində (Bakı vaxtı ilə 22:00) qeydə alınıb. Yerli sakinlər sosial şəbəkələrdə partlayışın fotolarını yerləşdirirlər.
Hələlik zərərçəkənlər barədə məlumat verilmir. Bildirilib ki, bu iyun ayı ərzində müəssisədə baş verən ikinci hadisədir.

Ljudi opet sloboda!! pic.twitter.com/JwU7wE0zXY— purenjak (@purenjak) June 19, 2021



REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button