Dünya

Sidneydə qapanma rejimi tətbiq olundu

Avstraliyanın Yeni Cənubi Uels (YCU) ştatı hökuməti Sidney və ətrafdakı Göy dağlar, Mərkəzi Sahil, Vollonqonq bölgələrində bu gün saat 6-dan iyulun 9-u gecə yarısınadək lokdaun tətbiq edib.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, koronavirusa yoluxmanın artmaması məqsədilə adıçəkilən bölgələrin sakinləri üçün “evdə qal” qaydası tətbiq olunub. Belə ki, sakinlər yalnız ərzaq və ya başqa zəruri mal və xidmətlər əldə etmək, tibbi və sosial xidmətlərdən yararlanmaq, 10 nəfərədək qruplarda açıq havada idmanla məşğul olmaq, yaxud zəruri hallarda iş, təhsil məqsədilə evlərini tərk edə bilərlər.
Bununla yanaşı, bütün toy mərasimləri iyunun 28-dən qapanma başa çatanadək dayandırılır, dəfn mərasimlərində isə 100-dək şəxs iştirak edə bilər. Açıq hava tədbirlərində yerləri 50 faiz doldurmaq, qapalı məkanlarda maska taxmaq qaydaları qüvvəyə minib. Evlərə 5 nəfərədək qonaq çağırmağa icazə verilir.
Digər ştatlar YCU ilə gediş-gəlişlərə müxtəlif məhdudiyyətlər tətbiq ediblər.
Qeyd edək ki, iyunun 12-də Sidney Beynəlxalq Hava Limanının bir əməkdaşı koronavirusun “Delta” variantına yoluxub, daha sonra bir neçə alış-veriş, iaşə məkanında olub və daha 6 nəfəri yoluxdurub. Nəticədə ayın 21-də yoluxanların sayı 11-ə, bu günədək isə 94 nəfərə çatıb.
Avstraliyada koronavirusa yoluxanların ümumi sayı 30.422 nəfərdir ki, bunlardan 910 nəfəri ölüb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button