Dünya

Şimali Koreyada Çinin dərman preparatları və vaksinlərindən istifadə qadağan edilib

Şimali Koreyada Çin istehsalı olan dərman preparatları və COVID-19-a qarşı vaksinin istifadəsi qadağan edilib.
“Report” “Asia News”a istinadən xəbər verir ki, bununla bağlı Şimali Koreya lideri Kim Çen In sərəncam imzalayıb.
Bildirilib ki, Şimali Koreyanın yüksək vəzifəli şəxslərindən biri Çin istehsalı olan dərman preparatlarından istifadə etdikdən sonra ölüb. Bu səbəbdən Kim Çen In ölkə paytaxtı Pxenyandakı xəstəxanalarda Çin istehsalı olan dərman preparatları və COVID-19-a qarşı vaksinlərdən istifadəni qadağan edib.
Məlumata görə, Şimali Koreya rəhbərliyinin ölkədə hələ də koronavirusa yoluxma hallarının baş vermədiyi iddiaları beynəlxalq qruplar və ictimaiyyət tərəfindən araşdırılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button