İdman

Şimali Makedoniya millisinin baş məşqçisi postundan ayrılacağını açıqlayıb

Şimali Makedoniya millisinin baş məşqçisi İqor Angelovski postundan ayrılmağa qərar verib.
Apasport.az saytının məlumatına görə, bunu 45 yaşlı mütəxəssisin özü açıqlayıb.
O bildirib ki, tarixində ilk dəfə Avropa çempionatının finalına yüksələn, lakin qrupda üç məğlubiyyət alan yığma ilə müqaviləsini uzatmayacaq: “Bu komandaya Avropa çempionatında rəhbərlik etmək mənim üçün şərəf idi. Daha yaxşı çıxış etmək istəyirdik. Lakin üzülməyə də dəyməz. Çünki bu, bizim böyük turnirlərdə debütümüz idi. Mən futbolçulara səylərinə görə yalnız təşəkkür edə bilərəm. Onu da demək istəyirəm ki, iyulun 31-də başa çatacaq müqaviləm bitəndə yığmadan gedəcəyəm”.
Qeyd edək ki, 2015-ci ildən millini çalışdıran və ilk dəfə final mərhələsinə daşımaqla tarix yazan Angelovskinin yetirmələri qrupda Avstriyaya 1:3, Ukraynaya 1:2, Niderlanda 0:3 hesabı ilə uduzub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button