İdman

Slovakiya millisinin qaldığı hoteldə yanğın baş verib

AVRO-2020-nin iştirakçısı olan Slovakiya millisinin qaldığı hoteldə yanğın baş verib.
Apasport.az saytının məlumatına görə, hadisə Rusiyanın Sankt-Peterburq şəhərindəki “Avropa” hotelində yaşanıb.
Yanğını söndürmək üçün bir qrup yanğınsöndürən hotelə gəlib. Onlar mətbəxdə başlayan təhlükənin böyüməsinin qarşısını ala bilib. 
Qeyd edək ki, Slovakiya AVRO-2020-də ilk oyununu sabah Polşaya qarşı keçirəcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button