İqtisadiyyat

SOCAR hazırda Rusiyada metanol zavodunun inşasını planlamır

Hazırda SOCAR-ın layihələrinə Rusiyada metanol zavodunun inşası daxil deyil.”APA-Economics”in məlumatına görə,  bu barədə SOCAR-ın Rusiyadakı törəmə “SOCAR-Rus” şirkətinin baş direktoru Fərid Cəfərov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (PMEF-2021) NEWS.ru-ya müsahibəsində deyib.Onun sözlərinə görə, SOCAR Vısotsk metanol zavodu layihəsi üzrə yalnız texniki məsləhətçi kimi çıxış edib: “Layihə artıq inkişaf mərhələsindədir. Bütün layihə işləri başa çatıb, açar təslim layihənin həyata keçirilməsi üçün danışıqlar aparılır. “Hyundai” baş podratçı kimi çıxış edir. Hər şey tamamlandıqda, bu, Rusiyada limanda inşa olunmuş ilk metanol zavodu olacaq”.F. Cəfərov qeyd edib ki, zavod təbii qazı borudan alacaq, metanol halına gətirəcək və sonra istehlakçıya göndərəcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button