İqtisadiyyat

SOCAR-ın ARDNF-ə olan borcu açıqlanıb

SOCAR-ın Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 2016-2020 illər üzrə yaranmış borcunun həcmi 1,134 mlrd. ABŞ dolları təşkil edir.
“APA-Economics”in məlumatına görə, bu barədə ARDNF-nin 2020-ci il büdcəsinin icrasına dair Hesablama Palatasının verdiyi rəydə deyilir. Sözügedən məbləğə 2016-cı ildə yaranmış 134,6 mln. dollarlıq, 2017-ci ildə 227,5 mln. dollarlıq, 2018-ci ildə 288,4 mln. dollarlıq, 2019-cu ildə 169,9 mln. dollarlıq, 2020-ci ildə isə 314 mln. dollarlıq yaranmış borclar daxildir.
Fondun mənfəət neft və qazının satışından daxilolmaların proqnozdan 0,9% olmasının səbəblərindən biri kimi, SOCAR tərəfindən yaranmış borc öhdəliklərinin tam icra edilməməsi göstərilir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button