İqtisadiyyat

SOCAR-ın Türkiyədəki emal zavodunun investisiya dəyəri 7 mlrd. dollara çatdırılacaq

SOCAR tərəfindən Türkiyənin Əliağa yarımadasında inşa edilən “Star Rafineri” neft emalı zavodunun (NEZ) investisiya dəyəri 2022-ci il üçün 7 mlrd. ABŞ dollarına çatdırılacaq.
“APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “SOCAR Türkiyə”nin (SOCAR-ın Türkiyədəki törəmə şirkəti) baş direktoru Zaur Qəhrəmanov bildirib.
Onun sözlərinə görə, NEZ-in istehsalat gücünün artırılması istiqamətində edilən əlavə investisiyaların 2022-ci ilə qədər bitirilməsi planlaşdırılır.
“Saxlama güclərinə yönəldilmiş 600 mln. dollar həcmində investisiyaların yatırımını davam etdiririk. Bu sahədəki layihələrimizin tamamlanması ilə “Star Rafineri”nin investisiya dəyəri təxminən 7 mlrd. dollara çatacaq”, – deyə, Z. Qəhrəmanov qeyd edib.
Qeyd edək ki, “Star” Türkiyənin neft məhsulları ehtiyacının təxminən 25%-ni qarşılayır. Müəssisə 10,5 mln. ton illik emal gücü ilə ildə 4,8 mln ton dizel və 1,6 mln ton nafta ilə yanaşı, Türkiyədəki cari kəsirin mühüm komponentlərindən olan təyyarə yanacağı və LPG kimi məhsulların da istehsal edir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button