İdman

“Soçi”nin gücü gücü hamıya məlumdur”

“Potensial rəqiblərdən ən güclüsü “Sivasspor” və “Soçi” idi. Bizə də Rusiya təmsilçisi düşdü”.
Bunu apasport.az saytına “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov deyib.
41 yaşlı çalışdırıcı Konfrans Liqasının II təsnifat mərhələsində Rusiya təmsilçisi “Soçi”yə rəqib olmalarını dəyərləndirib. Qurbanov püşkdən əvvəl bu komandanın onlar üçün arzuolunmaz olduğunu etiraf edib: “Rusiya Premyer Liqasının gücü hamıya məlumdur. Orada yüksək yerlərdən birini tutmaq üçün komandanın gücündən xəbər verir. Əsas odur ki, komandamızı formalaşdıraq. Güclü rəqibə qarşı yaxşı müqavimət göstərməyə çalışacağıq”.
Qurbanov ilk matçın səfərdə keçirilməsinin böyük rol oynamadığını vurğulayıb: “Komandamızın həmin gün hansı formada olması daha önəmli faktor olacaq. Hələ tam formalaşmamışıq. Rusiyadakı ilk qarşılaşmada ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Belə rəqibə qarşı ilk görüş evdə olsaydı, bəlkə də, daha yaxşı olardı. Ancaq istənilən halda mübarizə aparmalıyıq. Buna da hazır olmalıyıq”.
Qeyd edək ki, “Keşlə” ilk oyununu iyulun 22-də Soçidə, cavab görüşünü isə 29-da Bakıda keçirəcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button