Dünya

Somalidə “Aş-Şabab”ın 100-dən çox terrorçusu zərərsizləşdirilib

Somalidə son üç həftə ərzində “Aş-Şabab” terror təşkilatına qarşı əməliyyatların gedişatında onlarla silahlı məhv edilib.“Report” xəbər verir ki, bu barədə yerli SNTV telekanalı bildirib.Qeyd edilir ki, ölkənin təhlükəsizlik qüvvələri Mərkəzi Şabelle əyalətində terrorçuluğa qarşı əməliyyat keçirir. Son üç həftə ərzində 100-dən çox terrorçu zərərsizləşdirilib.Somali ordusu bir neçə gün əvvəl terrorçulara qarşı əməliyyatın gedişatında 6-cı batalyonun xüsusi təyinatlı dəstəsinin komandanı, general Məhəmməd Abdivahidin də həlak olduğunu elan edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button