Dünya

Somalidə leysan yağışlar nəticəsində 25 nəfər ölüb

Somalidə yağan leysan yağışlar nəticəsində bir həftədə azı 25 nəfər ölüb.
“Report” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin humanitar məsələlər üzrə koordinasiya idarəsi məlumat yayıb.
Bildirilib ki, ölənlərin 14-ü uşaqdır. Orta Şabelle regionunda əkinçilik üçün yararlı torpaqları su basıb. On beş kənddən 25 min sakin hakimiyyətin yardımına möhtac qalıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button