Cəmiyyət

Son gün ərzində dünyada yüz minlərlə insanda koronavirus aşkarlandı

Dünyada koronavirusa yoluxma hallarının sayı 165,77 milyonu ötüb.
“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Təşkilatın məlumatına görə, son gün ərzində dünyada koronavirusa yoluxma hallarının sayı 607 mindən çox artıb, bu, ötən günlə müqayisədə demək olar, 13 min yoluxma azdır.
Qeyd edilir ki, virusdan ölüm hallarının sayı 3,43 milyonu ötüb. Son sutkada 12,4 mindən çox insan COVID-19-un qurbanı olub.
Pandemiya ərzində dünyada koronavirusa 165 772 430 yoluxma və 3 437 545 ölüm qeydə alınıb. Son sutkada daha 607 681 insanda koronavirus aşkarlanıb, 12 457 pasiyent COVID-19-un qurbanı olub.
Son sutkada virusa yoluxma hallarının 46 %-dən çoxu cənub-şərqi Asiyanın (281 388) regionunun payına düşür. Siyahıda ikinci yerdə – Şimali və Cənubi Amerika (207 102), üçüncü yerdə Avropa (61 960) qərarlaşıb.
Dünyada COVID-19-a ən çox yoluxma ABŞ-da qeydə alınıb – 32 734 993. Siyahıda sonrakı yerdə Hindistan (26 289 290), Braziliya (15 894 094), Fransa (5 820 918), Türkiyə (5 169 951), Rusiya (4 992 554), Böyük Britaniya (4 457 927), İtaliya (4 183 476), Almaniya (3 642 244), İspaniya (3 631 661), Argentina (3 447 044) və Kolumbiya (3 177 212) qərarlaşıb.
Dünyada COVID-19-dan ən çox ölüm halları da ABŞ-da qeydə alınıb: – 582 953. Braziliya (444 094 ölüm) siyahıda ikinci, Hindistan (295 525 ölüm) üçüncü yeri tutur.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button