İqtisadiyyat

Sosial məsafəni təmin etmək üçün metroda ehtiyat qatarlardan istifadə olunacaq

“May ayının 31-dən Bakı metropoliteninin fəaliyyətinin bərpa olunmasından sonra metroda istifadə qaydaları qalmaq şərtilə, pandemiya şəraiti davam etdiyi və xüsusi karantin rejimi uzadıldığı üçün sərnişinlər bir sıra qaydalara ciddi şəkildə əməl etməli olacaqlar”.
Bunu “APA-Economics”ə qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, bunlardan ən vacibi tibbi maskaların düzgün taxılması, digəri isə sosial məsafənin qorunması ilə bağlıdır: “Sosial məsafəni təmin etmək məqsədilə Bakı metropoliteni tərəfindən bir sıra məsələlər həll edilməlidir. Belə ki, qatarlar ən optimal qrafikə uyğun olaraq günün saatından asılı olmayaraq hərəkət edəcəklər. Təbii ki, ehtiyat qatarları da mütləq səkildə nəzərə alınacaq və qrafik üzrə lazım olduqda onlar da xəttə buraxılacaq”, – deyə B. Məmmədov qeyd edib. 

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button