CəmiyyətManşet

“Sovetski”-də kompensasiya qalmaqalının pərdəarxası – video

Aprelin 26-da “Sovetski” adlanan ərazinin keçmiş sakinləri Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Onlar Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən ödənilməmiş kompensasiyaların verilməsini tələb ediblər.

Ərazidəki polis əməkdaşları sakinləri Yasamal Rayon İcra Hakimiyyətinə yönləndiriblər. Sakinlər evlərindən zorla çıxarıldıqlarını, alqı-satqı müqaviləsini bağlamağa məcbur edildiklərini, verilən kompensasiyanın az olduğunu və torpaq pullarının onlara hələ də ödənilmədiyini iddia ediblər. Amma aparılan araşdırma zamanı heç də problemin sakinlərin təsvir etdiyi kimi olmadığı üzə çıxıb. Məlum olub ki, bəzi şəxslər sakinləri dövlət qurumlarına təzyiq göstərməklə, əlavə vəsait almağa həvəsləndirir. Əslində evləri sökülmüş hər bir şəxsə dövlət tərəfndən müəyyən edilmiş kompensasiya ödənilib.

Məsələn, etiraz edənlərdən biri, “Sovetski”nin keçmiş sakini Fərid Bağırov kameralar qarşısında sənəd nümayiş etdirərək bildirib ki, 142 kvadratmetr sahəsi olan üçmərtəbəli mülkü sökülüsə də, ona kompensasiya ödənilməyib. Aparılan araşdırma zamanı məlum olub ki, F.Bağırovun bəhs etdiyi, Yasamal rayonu, Nəriman Nərimanov küçəsi, ev 40 ünvanın sökülməsinə görə qeydiyyatda olan mülkiyyətçilərə 437.5 min manat kompensasiya verilib. Belə ki, həmin vəsait Fərid Bağırovun atası Vaqif Əliabbbas oğlu Bağırov, babası Əliabbas Mirzə oğlu Bağırov və əmisi İbrahim Əliabbas oğli Bağırov tərəfindən 2018-ci ilin noyabrında aralarında imzalanan barışıq müqaviləsinə əsasən götürülüb. Fərid Bağırov isə həmin mülkiyyətə olan hüquqlarını 2007-ci ildə notarius vasitəsi ilə atası Vaqif Bağırova verib. Fəridin payı da atası tərəfindən dövlətə satılıb.

“Sovetski”-də kompensasiya qalmaqalının pərdəarxası başqa məqamları ilə aşağıda təqdim olunan videoda tanış olmaq mümkündür:

 


 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button