İqtisadiyyat

“S&P” Azərbaycanın cari əməliyyatlar hesabı üzrə proqnozunu yaxşılaşdırıb

“S&P Global Ratings” (“S&P”) agentliyi Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabı üzrə proqnozunu yaxşılaşdırıb.
“APA-Economics”in “S&P”yə istinadən verdiyi məlumata görə, agentlik bu il ölkənin cari əməliyyatlar hesabının profisitinin ÜDM-in 2,8%-nə bərabər olacağını gözləyir. Halbuki öncəki proqnoz (yanvar ayında verilib – red.) 0,4%-ə bərabər idi. 2022-ci il üçün də proqnoz yanvardakı 2,5%-dən 4,8%-dək yüksəldilib.
Qeyd edək ki, bundan əvvəl “S&P” Azərbaycan iqtisadiyyatının builki artım tempi üzrə proqnozunu 2,1%-dən 2,4%-ə yüksəltmişdi, 2022-ci il üçün isə proqnozu eyni səviyyədə saxlamışdı – 5,7%.
Azərbaycan dövlətinin proqnozuna görə, 2021-ci ildə ölkənin cari əməliyyatlar hesabının profisitinin 104,8 mln. ABŞ dolları və ya proqnozlaşdırılan ÜDM-in 0,2%-ni, 2022-ci ildə isə 847,9 mln. dollara və ya ÜDM-in 1,8%-nə çatacağı gözlənilir.
Xatırladaq ki, Dünya Bankının sonuncu proqnozuna əsasən, cari ildə ölkənin cari əməliyyatlar hesabının profisiti ÜDM-in 2,8%-ni, 2022-ci ildə isə ÜDM-in 3,9%-ni təşkil edəcək. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi isə bu il sözügedən göstəricinin profisitinin ÜDM-nin 5,9%-ni təşkil edəcəyini gözləyir. “Fitch”ə görə də, müsbət dinamikanın əsas drayveri artan neft qiymətləri olacaq.
Faktiki rəqəmlərə gəldikdə, 2020-ci il üzrə cari əməliyyatlar hesabının kəsiri 227,6 mln. dollar və ya ÜDM-in 0,5%-ni təşkil edib. (2019-cu ildə 4,4 mlrd. dollar profisit olub). 2021-ci ilin I rübündə isə profisit qeydə alınıb və 627,7 mln. ABŞ dolları və ya ÜDM-in 5,6%-nə bərabər olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button