Mədəniyyət

“Su və rəng ahəngi-2021” akvarel sərgisi çərçivəsində müzakirə keçiriləcək

Bakı. Trend:
Beynəlxalq Suluboya Cəmiyyəti (İWS Globe) Azərbaycandakı nümayəndəliyi olan “IWS Azerbaijan”ın və Xətai Sənət Mərkəzinin nəzdində açılmış “İWS Baku Khatai Art Gallery”nin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə 23 iyul tarixində saat 11:00-da “Su və rəng ahəngi-2021” akvarel sərgisi çərçivəsində müzakirə keçiriləcək.
Trend xəbər verir ki, müzakirə akvarel sənətinin bugünkü inkişafı, Azərbaycan rəssamlarının əsərlərində yer verdiyi bu texnikanın tətbiqinə, qədim ənənələrə malik sahənin inkişaf tendensiyalarına və ölkəmizdə keçirilən akvarel sərgisinin əhəmiyyətinə həsr olunacaq.
Qeyd etmək lazımdır ki, ölkəmizdə Azərbaycan rəssamlarının yüksək bədii dəyərə malik yeni akvarel əsərlərinin üzə çıxarılması, nümayişi, bu sənətin gələcək inkişafı üçün stimul yaradılması məqsədilə rəssamlar arasında akvarel müsabiqələri və sərgilərin təşkil edilməsi həmin sahədə çalışan insanların da böyük marağına səbəb olur.
Müzakirə Xətai Sənət Mərkəzində keçiriləcək.

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az

TREND

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button