Cəmiyyət

Sumqayıtda iki avtomobil toqquşdu, xəsarət alan var

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Zülfi Hacıyev küçəsində qeydə alınıb.
Belə ki, 50-DH-450 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil döngədən gələn 50-DE-192 dövlət nömrə nişanlı “Opel Vectra” markalı avtomobili gözləməyərək ona çırpılıb. Hadisə nəticəsində 1 nəfər (şəxsiyyəti müəyyənləşdirilir-red) xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Qəza yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button