Dünya

Suriyada ABŞ hərbçiləri atəşə tutulub

ABŞ ordusunun hərbçiləri şənbə günü ( 10 iyul – Red) Suriyanın şərqində atəşə tutulub.
“Report” xəbər verir ki, bu barədə “TASS”a Pentaqon rəsmisi məlumat verib.
Atəş nəticəsində ABŞ ordusunun hərbi qulluqçuları arasında itki yoxdur, hərbi texnikaya ziyan dəyməyib.
Hadisə Suriyanın Deyr-əz-Zor əyalətindəki Konoko neft və qaz yatağının yerləşdiyi ərazidə olub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button