Dünya

Suriyada partlayış zamanı Rusiya hərbçisi həlak olub, yaralılar var

Suriyanın Haseke əyalətində zirehli avtomobilin partladılması nəticəsində Rusiyanın 1 hərbi qulluqçusu həlak olub.
“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, naməlum partlayıcı qurğu vasitəsilə törədilən partlayış zamanı həmçinin daha 3 hərbçi yaralanıb. Yaralılar müalicə müəssisəsinə yerləşdirilib. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button