Cəmiyyət

Şuşada inşa olunacaq yeni məscid belə olacaq

Xəbər verdiyimiz kimi, Şuşada yeni məscidin təməli qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.
“Report” xəbər verir ki, səhərdə inşa ediləcək yeni məscidin forması 8 rəqəmini əks etdirəcək. Bu, 2020-ci ildə noyabrın 8-də Şuşanı işğalçılardan azad olunması və həmin tarixin Azərbaycanda artıq rəsmi olaraq Zəfər Günü olması ilə bağlıdır. Məscidin iki minarəsi 11 rəqəmini əks etdirməlidir.
Qeyd edək ki, məscidin daxili dizaynı ilə bağlı təkliflər hələ tam hazır deyil. Ancaq konseptual olaraq məscidin memarlığı 8 noyabr gününü əks etdirəcək.
Gümbəzi mozaika ilə bəzədiləcək məscidin layihələndirilməsi İtaliyanın “Simmetrico” şirkətinin iştirakı ilə azərbaycanlı və italyan memarlarla birgə həyata keçirilib. Məscidin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Bu memarlıq elementi Şuşanın firavan və uğurlu gələcəyinə əminliyi, keçmişlə bu gün arasındakı əlaqəni vurğulayacaq.
Layihələndirmə səkkiz rəqəminin həndəsi proyeksiyalarını təkrarlayacaq, məscidin daxili ilə xarici görünüşü arasında əlaqə yaradacaq.
Xatırladaq ki, bir zamanlar Şuşada 17 məscid olub, lakin ermənilər onların hamısını dağıdıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button