İqtisadiyyat

Şuşada qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin siyahısı hazırlanacaq

Nazirlər Kabineti 3 ay müddətində Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədlərini müəyyənləşdirib təsdiq edəcək.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə” fərmanda əksini tapıb.
Nazirlər Kabinetinə 3 ay müddətində Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etmək, Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmununu, habelə təhlükənin aradan qaldırılması tədbirlərini, onların həyata keçirilməsi qaydasını və müddətini, Şuşa şəhərinin ərazisində abidələrin qorunmasına dair mühafizə müqavilələrinin formasını, Şuşa şəhərinin ərazisində abidələrin monitorinqinin keçirilməsi qaydasını, Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək də tapşırılıb. Eyni zamanda Nazirlər Kabineti bu müddət ərzində  Şuşa şəhərinin ərazisində üzərində və mühafizə zonalarında reklam qurğularının yerləşdirilməsi qadağan edilən abidələrin siyahısını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, Şuşa Şəhəri Dövlət Qoruğunun maliyyələşdirilməsi mənbələrinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
 

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button