İqtisadiyyat

Süveyş kanalının illik gəlirləri tarixi maksimuma çatıb

Süveyş Kanalı İdarəsi 2020/21-ci maliyyə ilinin (iyun ayında bitib) hesabatını açıqlayıb. Hesabat dövründə gəlirlərin həcmi 5,84 mlrd. ABŞ dolları təşkil edib ki, bu da kanal tarixinin rekord göstəricisi hesab olunur. Bir il əvvəl gəlirlərin həcmi 5,72 mlrd. dollara bərabər olub.
“APA-Economics”in məlumatına görə, bu barədə Süveyş Kanalı İdarəsinin hesabatında deyilir.
Qeyd olunur ki, cari ilin mart ayında kanalın “Ever Given” konteyner gəmisi tərəfindən altı gün ərzində bağlanmasına baxmayaraq, 2021-ci ilin ilk yarısında gəlirlər illik ifadədə artıb və 3 mlrd. dollar təşkil edib.
Bu ilin yanvar-iyun aylarında Süveyş kanalından 9 763 gəmi keçib, bu da bir il əvvəlki dövrlə müqayisədə 2,3% çoxdur. İlin birinci yarısında kanaldan keçən gəmilərin ümumi xalis tonnajı 610,1 mln. ton təşkil edib ki, bu göstərici illik ifadədə 3,8% artıb. Maye qaz daşıyan gəmilərin sayı ilin birinci yarısında 24%, konteyner gəmiləri – 9,7%, avtomobil daşıyan gəmilər – 27,8%, quru yük gəmiləri isə 5% artıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button