Cəmiyyət

Təhsil Nazirliyi: Magistraturada yekun dövlət attestasiyası keçiriləcək

“Kolleclərdə bütün ixtisaslar üzrə, bakalavr səviyyəsində isə bəzi istisnalar olmaqla yekun dövlət attestasiyası (dövlət imtahanı və ya buraxılış işi) Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜÖMG) əsasında müəyyən ediləcək”.
“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib.
Nazirlik rəsmisi qeyd edib ki, heç bir kəsiri olmayan və müvafiq qiymətlər alan tələbə ÜÖMG əsasında qiymət alacaq: “Magistraturada yekun dövlət attestasiyası keçiriləcək, yəni bu, olduğu kimi qalır. Tələbə öz nəticələrindən narazı qalarsa, bu halda universitetlər onlar üçün imkan və şərait yaradacaq ki, sınaqlarda iştirak etsin”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button