Cəmiyyət

Təhsil Tələbə Krediti Fonduna nəzarəti Himayəçilik Şurası edəcək

Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən 7 (yeddi) üzvdən ibarət Himayəçilik Şurası yaradılacaq.
“Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərmanda bildirilib.
Qeyd olunub ki, Təhsil Nazirliyinin (2 nəfər), Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Mərkəzi Bankının (1 nəfər) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (1 nəfər tələbə) nümayəndələrindən ibarət 7 (yeddi) üzvü var.
Şuranın üzvləri 3 (üç) il müddətinə təyin edilir və ictimai əsaslarla fəaliyyət göstərirlər. Şuranın üzvləri növbəti müddətə yenidən təyin edilə bilərlər. Şuranın üzvlərini təmsil etdikləri orqanın (qurumun) rəhbəri təyin və azad edir. Şuranın sədrini Nazirliyin Şurada təmsil edilən üzvləri arasından Azərbaycan Respublikasının təhsil naziri təyin edir. Şuranın üzvləri Fondun digər orqanlarında təmsil oluna bilməzlər. Fondun fəaliyyətinə cari rəhbərliyi 3 üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək. Eyni zamanda “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Təhsil Tələbə Krediti” altsistemi yaradılacaq.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button