Cəmiyyət

Təhsil və bilik: Əməkdaşlıq perspektivləri

Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyi  davamlı olaraq BƏƏ və Azərbaycan arasındakı ikitərəfli əlaqələrin dərinləşməsi məqsədilə  yeni imkanlar araşdırır.  Bu baxımdan, təhsil və bilik  sahəsində  əməkdaşlıq bu məqsədə töfhə verə bilər.

BƏƏ-də təhsil

BƏƏ  həm dövlət, həm də özəl sektorda iqtisadiyyatı idarə edib irəliyə aparmaq etmək üçün gələcək nəsilləri lazımi texniki və praktiki bacarıqlarla təmin etməyi hədəfləyən 2030-cu il Ali Təhsil üçün Milli Strategiya hazırlamışdır. Strategiya, həmçinin,  bilik, iqtisadiyyat, sahibkarlıq və BƏƏ-nin əmək bazarının ümumi inkişafı kimi həyati vacib sahələrdə davamlı inkişaf  naminə  BƏƏ mütəxəssislər nəslini yetişdirməyi hədəfləyir.

BƏƏ bərpaolunan enerji, nəqliyyat, təhsil, səhiyyə, texnologiya, su və kosmosa yönəlik Milli İnnovasiya Strategiyasını da hazırlamışdır.

Qabaqcıl İnnovasiya Milli Strategiyası aşağıdakılara yönəlikdir:

  • araşdırma
  • gələcəyə yönəlik bacarıqlar
  • səhiyyənin keyfiyyəti
  • yaşayış və həyat
  • yaşıl enerji
  • nəqliyyat
  • bəşəriyyətə xidmət edəcək texnologiyadan istifadə.

Tələbə mübadiləsi fürsətləri

Azərbaycandan olan tələbələr,  müxtəlif təhsil və mədəni təcrübələri qazandıran bir sıra mövcud mübadilə proqramlarına müraciət edə bilərlər.

BƏƏ-dəki bir çox universitetlər, BƏƏ hökuməti ilə digər ölkələr arasında qarşılıqlı müqavilələrə əsasən xaricdən gələn tələbələr üçün təqaüd təklif edir. Digər təqaüdlər üçün tələbələr, müəyyən meyarlara və tələblərə əsaslanan mövcud akademik və idman təqaüd proqramları üçün müvafiq universitetlə əlaqə saxlaya bilərlər.

BƏƏ-də Əbu Dabi Universiteti, Xəlifə Elm, Texnologiya və Tədqiqat Universiteti, Birləşmiş Ərəb Əmirlikləri Universiteti, Zayed Universiteti kimi yerli nüfuzlu universitetlərlə yanaşı, Əbu Dabidə yerləşən Paris Sorbonne Universiteti, Nyu York Universiteti,  INSEAD – Dünya üçün Biznes Məktəbi kimi dünyanın ən yaxşı universitetlərinin filialları da var.

Bilik Parkları

Dubayda bilik parkı yaradılmışdır. Park Regiounun ən görkəmli təlim mərkəzi, etibarlı biznes tərəfdaşı və peşəkar inkişaf üçün mükəmməl bir mərkəzdir. Dubay Bilik Parkının inteqrasiya olunmuş infrastrukturu və dəstəkləyici mühiti, onu Regionun ən çox axtarılan mərkəzinə çevirmişdir. Beləliklə, Dubay həm də  istedad inkişaf mərkəzidir. Bu ərazidə sərgilər, seminarlar, şəbəkə tədbirləri (networking), konfranslar və daha bir sıra  tədbirlər təşkil edilə bilər.

BƏƏ və Azərbaycanı biri-birinə bənzər edən mütərəqqi, təhlükəsiz, əlverişli yerləşmə mövqeyi və futuristik baxışa  sahib olmaq kimi spesifik amillərin olduğunu nəzərə alsaq, aşağıdakılar əməkdaşlıq üçün yaxşı bir zəmin ola bilər:

  • Bilik parkı təcrübəsinin mübadiləsi
  • Tələbə / tədqiqatçı mübadiləsi imkanları
  • Prioritet sahələr üzrə qarşılıqlı təlim proqramları

 Abdalla AlShamsi

BƏƏ səfirliyinin müvəqqəti işlər vəkili

 

 

 

 

 

 

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button