Cəmiyyət

Tərtər məhkəməsinin qarşısında kişi arvadını qətlə yetirib – YENİLƏNİB

Tərtər rayonunda arvadını qətlə yetirən şəxs saxlanılıb.
“Report”un xəbərinə görə, hadisədən əvvəl cütlük boşanmaq üçün məhkəməyə müraciət edib.
Tərtər Rayon Məhkəməsində bu gün növbəti iddiaya baxılıb. İclasdan sonra Anar Əliyevlə həyat yoldaşı Arzu Əliyeva mübahis edib. Daha sonra kişi ailə münaqişəsi zəminində arvadını öldürüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
11.22
Tərtər rayonunda qətl hadisəsi baş verib.
“Report”un əldə etdiyi məlumata görə, hadisə Tərtər Rayon Məhkəməsinin qarşısında qeydə alınıb.
Belə ki, Anar Əliyev həyat yoldaşı Arzu Əliyevanı bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button