İqtisadiyyat

Təyyarələrdə birdəfəlik qablardan istifadəyə dair tələb ləğv olunub

Azərbaycana uçuşlar və Azərbaycandan uçuşlar zamanı aviaşirkətlərə qida təminatı ilə bağlı qoyulan tələblərdən biri ləğv edilib.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”a etdiyi dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, uçub gedən hava gəmiləri  və uçub gələn hava gəmilərində sərnişinlərə xidmət üçün birdəfəlik istifadə qabları təqdim olunmasına dair tələb ləğv olunub.  

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button