Dünya

Tacikistan Əfqanıstanın 300-dən çox hərbçisini ərazisinə buraxıb

Tacikistanın sərhədçiləri Əfqanıstanın “Taliban” hərəkatının silahlıları ilə döyüş meydanından geri çəkilməyə məcbur olan 300-dən çox hərbi qulluqçusunu ölkənin ərazisinə buraxıb.
“Report” xəbər verir ki, bu barədə Tacikistanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunlarının mətbuat mərkəzinə istinadən “Xovar” agentliyi bildirib.
Agentliyin məlumatına görə, Tacikistan sərhədçiləri humanizm və mehriban qonşuluq prinsiplərini rəhbər tutaraq, əfqan hərbçilərinə 5-ci sərhəd zastavası “İstiklol”la 6-cı sərhəd zastavası “Sariqor” arasındakı qorunan sahə vasitəsilə respublikanın ərazisinə keçməyə icazə veriblər.
Xəbərdə qeyd edilir ki, əfqanlar “talibançı”ların ciddi müqavimətindən sonra şəxsi heyətin qorunub saxlanılması üçün sərhədi keçiblər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button