Dünya

Tailandda koronavirusa rekord həddə gündəlik yoluxma qeydə alınıb

Tailandda koronavirusa yoluxmaların rekord həddə gündəlik artımı qeydə alınıb.
“Report” “Xinhua”ya istinadən xəbər verir ki, COVID-19 Vəziyyəti Mərkəzinin məlumatına görə, bazar ertəsi günü qeydə alınan 9 635 yeni yoluxma halının 6 853-ü penitensiar sisteminin payına düşür.
Bununla da ölkədə yoluxma hallarının ümumi sayı 111 082-yə çatıb ki, bunun da 70 faizi aprel ayının əvvəlində üçüncü dalğa başlayandan sonra qeydə alınıb.
Həmçinin koronavirusdan ölənlərin sayı bazar ertəsi günü daha 25 nəfər artaraq 614-ə yüksəlib.
Qeyd edək ki, bu gün ölkədə bəzi karantin məhdudiyyətləri ləğv edilib. Belə ki, yalnız çatdırılma xidmətini həyata keçirmiş iaşə sistemi yerində xidmətə də başlayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button