Dünya

“Taliban” Əfqanıstan hakimiyyətinə atəşkəs təklifi ilə bağlı xəbərləri təkzib edib

“Taliban” hərəkatı Dohada (Qətərdə) keçirilən danışıqlarda iştirak edən Əfqanıstan nümayəndə heyətinin nümayəndəsinin rəmi Kabilə atəşkəs təklifi olunması ilə bağlı bəyanatını təkzib edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Ariana News” telekanalı məlumat verib.
“Bu iddia həqiqəti əks etdirmir”, – “Taliban”ın rəsmi nümayəndəsi Zabihullah Mücahid bildirib.
Daha əvvəl Əfqanıstan hakimiyyəti tərəfindən danışıqlarda iştirak edən Nader Naderi “Taliban” hərəkatınının 7 min məhbusun azad edilməsi qarşılığında üç aylıq atəşkəs təklif etdiyini açıqlayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button