Dünya

“Taliban” Əfqanıstanın yarısına nəzarət etdiyini iddia edir

“Taliban” terror qruplaşması Əfqanıstan ərazisinin yarısına nəzarət etdiyini bildirib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə “Taliban”ın Qətərdəki ofisinin nümayəndəsi Süheyl Şahin bildiririb.
Onun sözlərinə görə, son həftə ərzində Əfqanıstanın 398 rayonundan 162-sinə nəzarəti ələ keçiriblər. Qruplaşmadan bildirilib ki, ən çox Bədəxşan əyalətinin rayonlarına nəzarət edirlər. Məlumata görə, əyalətin 23 rayonu, o cümlədən Vakxan onların nəzarəti altındadır. Bu əyalət Tacikistanla sərhəddə yerləşir. İki ölkə arasında sərhədin uzunluğu 910 km-dir.
Əfqanıstan Müdafiə Nazirliyi isə bildirib ki, qurplaşmanın mövqelərinə endirdikləri hava zərbələri nəticəsində 261 taliban silahlısı ölüb, 200-dən çoxu yaralanıb.
Qeyd edək ki, iyulun 7-də Əfqanıstan hakimiyyətinin nümayəndələri ilə “Taliban” təmsilçiləri arasında danışıqlar başlayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button