Dünya

“Taliban” atəşkəslə bağlı şərtlərini açıqlayıb

“Taliban” qruplaşması üç aylıq atəşkəslə bağlı Əfqanıstan hakimiyyəti qarşısında şərtlərini irəli sürüb.
“Report” “Sputnik Afqanistan”a istinadən xəbər verir ki, bunu danışıqlarda “Taliban”ı təmsil edən nümayəndə heyətinin üzvü Nadir Nadiri Əfqanıstanın paytaxtı Kabulda keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, BMT qruplaşma liderlərinin adlarını sanksiya siyahısından çıxarmalı, 7 min nəfəri həbsdən azad etməlidir: “Bu şərtlərə əməl olunacağı halda, “Taliban” üç aylıq atəşkəs rejiminə əməl etməyə hazırdır”.
Qeyd edək ki, ABŞ və NATO qoşunlarını Əfqanıstandan çıxarmağa başlayandan sonra qruplaşama fəallaşıb. Onlar iddia edirlər ki, Əfqanıstan ərazisinin 85 faizinə nəzarəti ələ keçiriblər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button