İqtisadiyyat

Tam maliyyə xidmətlərini göstərməyə hazırıq

Azərbaycanın milli poçt rabitə operatoru “Azərpoçt” MMC tam olaraq maliyyə xidmətləri göstərməyə hazırdır.
Bunu “APA-Economics”ə “Azərpoçt”un baş direktorunun müavini Xəyyam Əlizadə deyib. 
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının lisenziyası əsasında poçt operatoruna bütün bank xidmətlərini (kredit vermək və depozit cəlb etmək istisna olmaqla) təqdim etmək imkanı verilib.
X. Əlizadənin sözlərinə görə, bu məsələ hazırda gündəmdədir və qeyd olunan xidmətlərin poçt şəbəkəsi üzərindən təqdim olunması Mərkəzi Bankın qərarından asılıdır.
“”Azərpoçt”un banklardan olan fərqi odur ki, biz faizlə qəbul edilən depozitləri və faizlə verilən kreditləri həyata keçirə bilmirik. Amma o lisenziyanın alınması artıq Mərkəzi Bankın qərarı ilə olacaq və həmin qərar verilsə, biz onu böyük məmnuniyyətlə icra edərik. Əslində, burada əsas sual tək maliyyə xidmətləri ilə bağlı deyil. Bilirsiniz ki, maliyyə institutlarının, bankların filial şəbəkəsi “Azərpoçt” kimi deyil. Bizim 1 500-ə yaxın nöqtəmiz var və onların üzərində banklar üçün əlçatmaz yerlərdə bizim kredit verməyimiz, ya da tam maliyyə xidmətləri göstərməyimiz yaxşı olardı”, – deyə X. Əlizadə qeyd edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button