Siyasət

Tarixin siyasi məqsədlər naminə saxtalaşdırılması yolverilməzdir – Qulamhüseyn Əlibəyli

ABŞ Prezidenti Co Baydenin bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması dar siyasi maraqlar naminə tarixin saxtalaşdırılması və saxtalaşdırılmış tarixdən siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdindən başqa bir şey deyildir. Bu, eyni zamanda ABŞ prezidentinin rəhbərlik etdiyi dövlətin rəsmən elan edilən dəyərlərinə etinasız və ikili standartlarla yanaşmasının təzahürüdür. Bu fikirləri Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrini “genosid” adlandırmasına münasibət bildirərkən soyləyib.

Q.Əlibəyli daha sonra qeyd edib ki, tarixin siyasi məqsədlər naminə saxtalaşdırılması və ondan siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdləri şiddətlə qınanılmalıdır. Türk düşmənlərinin bu cür cəhdləri qardaş Türkiyə üçün müəyyən diskomfort yaratsa da, ciddi narahatçılığa səbəb görmürəm. Türkiyə müasir beynəlxalq münasibətlərdə real gücə çevrilmiş bir dövlətdir, Yaxın və Orta Şərqdə, Cənubi Qafqazda söz sahibidir. ABŞ prezidentinin tarixi saxtalaşdıraraq “genosid” sözünü işlətməsinin Türkiyə üçün heç bir siyasi və hüquqi yükü yoxdur. Azərbaycan xalqının qardaş Türkiyənin yanında olması türk düşmənlərinə ən yaxşı cavabdır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button