İqtisadiyyat

Taxıl sahəsinin yanğından sığortalanması tarifləri açıqlanıb

Azərbaycanda son günlər ayrı-ayrı regionlarda baş verən yanğın hadisələri, o cümlədən açıq ərazilərdə olan yanğınlar taxıl və digər əkinləri də əhatə edir.
Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, eləcə də, bir sıra regionlarda havaların qeyri-sabit keçməsi və dolu-yağış halları əkinlərə də zərər vurur.
Ölkədə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə taxıl və digər əkinləri sərfəli şərtlərlə, 50% dövlət güzəşti ilə sığortalamaq mümkündür.
Aqrar sığorta tariflərinə əsasən 1 hektar taxıl (buğda-arpa) sahəsini yanğından, doludan və digər hadisələrdən sığortalanması üçün sığorta haqqı:
– Qarabağda 10 manat,
– Şəki-Zaqatalada 16-17 manat,
– Lənkəran regionunda 7 manat,
– Dağlıq Şirvan bölgəsində 11-12 manat,
– Aran rayonlarında 8 manat,
– Quba-Xaçmaz bölgəsində 7 manat,
– Gəncə-Qazax zonasında 24-25 manat,
– Abşeron bölgəsində 7 manatdır.
Fermerlər və iş adamları öz əkin sahələri üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş “Bitkiçilik kalkulyatoru” (https://asf.gov.az/insurance-calculators/crop-insurance) vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər.
Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-i ödəyəcək, məbləğin qalan 50%-i fermerlərə dəstək üçün dövlət ödəyəcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button