Dünya

Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan arasında fındıqçılıq sahəsində əməkdaşlıq müzakirə edilib

Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirlinin başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir.
“Report”un yerli bürosu xəbər verir ki, o, bu gün Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili ilə görüşüb.
Tərəflər iki ölkə arasında kənd və meşə təsərrüfatı sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.
Görüşdə həmçinin Gürcüstan, Türkiyə və Azərbaycan arasında fındıqçılıq sahəsində üçtərəfli əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu əməkdaşlıq ixrac bazarlarının genişlənməsinə və fındıq satışından əldə olunan gəlirlərə müsbət təsir göstərir.
Daha sonra nazirlər Gürcüstandan Türkiyəyə heyvan mənşəli məhsulların ixracının artırılmasını nəzərdə tutan Anlaşma memorandumu imzalayıblar.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button