Dünya

Tbilisidə azərbaycanlının qətli ilə bağlı bir nəfər saxlanılıb

Tbilisidə azərbaycanlının qətlə yetirilməsi ilə bağlı bir nəfər saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, həmin şəxs törədilən cinayət barədə məlumat verməməkdə təqsirli bilinir.
Gürcüstanın Daxili İşlər Nazirliyində hadisə zamanı daha 3 nəfərin xəsarət alması faktını təsdiqləyiblər.
İnsidentlə bağlı istintaqın davam etdirildiyi qeyd olunub.
Qeyd edək ki, ötən gecə Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Abanotubani rayonunda yerli gənclər arasında dava baş verib. Köhnə Xarpuxi məhəlləsindəki insident zamanı 32 yaşlı yerli azərbaycanlı qətlə yetirilib, daha 3 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib, onların vəziyyətinin ağır olduğu bildirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button