Dünya

Tbilisidə cinsi azlıqların yürüşü ləğv olundu

Tbilisidə bu günə təyin olunan LGBT nümayəndələrinin “Ləyaqət yürüşü” keçirilməyəcək.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə təşkilatçı – “Tbilisi Pride” QHT-nin yaydığı bəyanatda bildirilib.
Sənəddə qeyd olunub ki, hakimiyyət cinsi azlıq tərəfdarlarının təhlükəsizliyini və sərbəst toplaşmaq hüququndan istifadəni təmin etməyib.
“Tbilisi Pride” ləyaqət uğrunda mübarizəni davam etdirəcəyini bildirib.
Qeyd edək ki, “Ləyaqət yürüşü” bu gün saat 18:00-da Rustaveli prospektində təyin olunmuşdu.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button