Dünya

Tbilisidə döyülən jurnalist vəfat edib

Tbilisidə iyulun 5-də cinsi azlıq əleyhdarlarının keçirdiyi aksiyada döyülən “Pirveli” telekanalının operatoru Lekso Laşkarava vəfat edib.
“Report”un yerli bürosu xəbər verir ki, o, yaşadığı evdə dünyasını dəyişib.
Media nümayəndəsinin dəqiq ölüm səbəbi hələ məlum deyil.
L.Laşkarava bir neçə gün xəstəxanada müalicə olunmuşdu.
Qeyd edək ki, aksiyada 50-yə yaxın media nümayəndəsinə fiziki təzyiq göstərilib. Polis iğtişaşlarda iştirak edən 11 nəfəri saxlayıb. Onların bəziləri barəsində həbs qətimkan tədbiri seçilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button