Dünya

Tbilisidə regional təhlükəsizliklə bağlı beynəlxalq konfransın keçirilməsi təklif edilir

“Regional təhlükəsizlik üzrə yeni modelin hazırlanması üçün yaxşı zəmin yaranıb”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu politoloq, hərbi ekspert Vaxtanq Maisaya keçirdiyi mətbuat konfransında deyib.
O, Tbilisidə regional təhlükəsizlik mövzusunda beynəlxalq konfransın keçirilməsini təklif edib: “Əgər bizim hökumət Azərbaycan və Ermənistana bu cür tədbirin təşkili ilə bağlı təklif versə, bu, mühüm hadisə olacaq”.
Analitik qeyd edib ki, Tbilisi tarixi rolunu təkrarlaya bilər:
“1919-cu ilin sentyabrında Gürcüstan Demokratik Respublikası Azərbaycan-Ermənistan müharibəsinə son qoymaq üçün analoji addım atıb. Həmin vaxt Tbilisidə Qafqaz konfransı keçirildi və o dövrün regional təhlükəsizliyi təmin edildi”.
V.Maisaya Gürcüstanın Azərbaycan və Ermənistan arasında vasitəçiliyini İrakli Qaribaşvilinin mühüm qələbəsi adlandırıb: “Prosesdə ABŞ-ın da iştirakı Gürcüstan və Amerikanın xarici siyasətin Qafqaz-Xəzər dənizi istiqamətini inkişaf etdirdiyini göstərir”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button