Dünya

Tbilisidə “Türk mədəniyyətindən izlər” sərgilənəcək

İyunun 8-də Tbilisi Tarix Muzeyində “Türk mədəniyyətindən izlər” adlı sərgi açılacaq.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, sərgidə Türkiyənin maddi və qeyri-maddi mədəni abidələrini əks etdirən 60-dan çox əsər təqdim olunacaq.
Ziyarətçilər Türkiyənin mədəni irs abidələri ilə tanış olacaq və məlumat əldə edə biləcəklər.
Tədbirin məqsədi mədəni diplomatiyanın təşviqi, Türkiyə və Gürcüstan arasında mədəni əlaqələrin dərinləşdirilməsi və möhkəmləndirilməsidir.
Tbilisidəki Yunus Əmrə İnstitutu və Gürcüstan Milli Muzeyinin birgə təşkilatçılığı ilə baş tutacaq sərgi iyunun 16-dək davam edəcək.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button