Dünya

Tbilisidə Ukrayna-Gürcüstan əlaqələri müzakirə olunacaq

Ukraynanın baş naziri Denis Şmiqal bu gün Gürcüstana rəsmi səfər edəcək.
“Report”un yerli bürosu xəbər verir ki, o, iyunun 4-dək davam edəcək səfər çərçivəsində gürcü həmkarı İrakli Qaribaşvili ilə görüşəcək.
Baş nazirlər arasında təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçiriləcək. Daha sonra hökumət başçıları mətbuata birgə bəyanatla çıxış edəcəklər.
D.Şmiqal səfər zamanı həmçinin Gürcüstan parlamentinin sədri Kaxa Kuçava, patriarx II İlya ilə də görüşəcək.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button