Dünya

Tbilisidə xəsarət alanların sayı 8-ə çatdı – YENİLƏNİB

Tbilisidə yük maşınının törətdiyi ağır yol qəzasında xəsarət alanların sayı 8-ə çatıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Hadisə ilə bağlı yol hərəkəti qaydalarının və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması maddəsi üzrə istintaq başlanılıb.
16.21
Gürcüstanın paytaxtı Tbilisidə ağır yol qəzası baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, Krtsanisi küçəsi ilə hərəkət edən yük avtomobilinin sürücüsü idarəetməni itirərək bir neçə maşınla toqquşub.
Yük maşını daha sonra yol kənarında yerləşən xəstəxananın həyətinə aşıb. Əraziyə çox sayda xilasedici, təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunub.
Hadisə zamanı üç nəfər xəsarət alıb, bir nəfər ölüb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button