Dünya

Ter-Petrosyan Paşinyanı müdafiə edir |

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan dolayı yolla baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın təbliğatını aprır.
“Report” “Joxovurd”a istinadən xəbər verir ki, o, Rusiyanın rəsmi dairələrinin yalnız Nikol Paşinyanla əlaqə saxladığını bildirib.
“Ermənistanda siyasi güclər Moskvaya səfər edərək Rusiyanın “onları bəyəndiyini” nümayiş etdirirlər. Bu barədə çoxsaylı şayiələr yayılır. Belə təəssürat yaranır ki, Rusiyanın siyasi elitası işlərini bir kənara qoyub Ermənistandan olan xırda və orta miqyaslı siyasilərlə vacib görüşlər keçiriblər. Bu cəfəngiyyatdır. Əlbəttə, Ermənistanda Rusiyanın orta səviyyəli məmurları ilə əlaqəsi olanlar var”, – qəzet yazıb.
“Joxovurd” bildirib ki, bir neçə gün əvvəl Levon Ter-Petrosyan Ermənistanın İctimai Televiziyasındakı çıxışında bu məsələyə toxunub: “Rusiya Ermənistanda birbaşa danışıqları Nikol Paşinyanla aparır. Məsələlər onunla razılaşdırılır, Ermənistanla bağlı planlara dair fikir və regionla informasiya mübadiləsi edilir. Rusiyanın Paşinyanı devirmək istədiyi barədə yayılan xəbərlər doğru deyil, belə məsələ yoxdur. Rusiyanın əlaqə saxladığı yeganə namizəd varsa, o da Nikol Paşinyandır”.
Qeyd edək ki, Ermənistandakı proseslərdə Rusiyanın rolu daha əhəmiyyətli sayılır. Bu baxımdan Moskvanın siyasətçilərlə əlaqəsi də seçkiqabağı kampaniyasında təbliğatın başlıca hissəsidir. Keçmiş prezidentlər Robert Koçaryan, Serj Sarqsyan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın Rusiya ilə əlaqəsinə dair xəbərlər yayılır.
Mütəxəssislər bildiriblər ki, Levon Ter-Petrosyan bununla Nikol Paşinyanın əsas rəqiblərinin təbliğatının saxta olduğunu ictimaiyyətə çatdırıb. O, çıxışlarında baş naziri tənqid etsə də, bu məsələdə onu müdafiə və təbliğ edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button