Dünya

Texasda atışma zamanı 2 nəfər ölüb

Texas ştatının Hyuston şəhərində yerləşən okeanariumda baş vermiş atışma zamanı 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
“Report” TASS-yə istinadən xəbər verir ki, bu barədə ABC telekanalı məlumat verib.
Məlumata görə, hadisə “Downtown Aquarium” okeanariumunun ikinci mərtəbəsində, yerli vaxtla saat 20:10-da qeydə alınıb.
Şahidlərin sözlərinə görə, hadisə yerində 2 kişi meyiti aşkar edilib. Onlardan biri atəş açan şəxsin özüdür. Güllə yarası almış 1 qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti sabit qiymətləndirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button