Dünya

Tikiləcək İstanbul kanalının üstündə inşa edilən ilk körpünün təməli qoyulub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan inşa ediləcək İstanbul kanalının üstündən keçəcək birinci körpünün tikintisinin təməlini qoyub.
“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, kanal İstanbul (Bosfor) boğazına paralel olaraq Mərmərə ilə Qara dənizi birləşdirəcək.
Gələcəkdə tikiləcək İstanbul kanalının üstündən keçəcək 6 körpü inşa ediləcək. Kanalın uzunluğu 45 km, eni 275 metr, dirinliyi isə 21 metr olacaq.
Türkiyə Prezidenti bildirib ki, İstanbul boğazından ildə 45 min gəmi keçir və boğazdan keçən gəmilər İstanbul şəhəri üçün təhlükə yaradır.
Onun sözlərinə görə, 2050-ci ildə boğazdan 78 min gəmi keçəcək: “25 min gəminin təhlükəsizliyini təmin etmək olar. Bizim reallaşdıracağımız yeni layihə İstanbulu xilas edəcək”.
Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, İstanbul kanalını 15 milyard dollara 6 ilə başa çatdırmağı planlaşdırırlar.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button