Dünya

“TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar

Rusiyanın Perm vilayətində məktəbli qızların “TikTok” üçün video çəkmək istəyi faciə ilə nəticələnib.
Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.
Qeyd olunub ki, Nitvensk rayonunda yerləşən fermaların birində, iki məktəbli qız “TikTok”a video çəkmək üçün quru otları yandırmağa və söndürməyə başlayıblar.
Lakin növbəti cəhd uğursuz alınıb və yanğın 195 ton ot bağlaması ilə birlikdə fermanı da məhv edib. Hər iki məktəbli qız saxlanılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button