Gündəm

Tofiq Yaqublu anasının dəfninə qatıla bilmir 

Azərbaycanda Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun anasının dəfnində iştirak edə bilməsi üçün rəsmi  müraciət edilib. O, hələlik, yaşadığı Gürcüstanda dünən, iyulun 11-də vəfat edən anasının dəfninə yollana bilmir. 

Məsələ burasındadır ki, müxalif siyasətçiyə qarşı ötən il cinayət işi açılıb, məhkəmə prosesi hələ də, tam başa çatmayıb. 

Bu barədə danışan siyasətçinin qeyd etməsinə görə, artıq yeddinci aydır ki,  bu iş üzrə proses Bakı Apelyasiya Məhkəməsində təxirə salınıb,o, hələ də ev dustaqlığında qalır.  

Onun qeyd etməsinə görə, özü azmış kimi, oğlu,  mərhumun nəvəsini də Gürcüstana buraxmırlar. Müxalif siyasətçinin vurğulamasına görə,   təzəcə ordudan qayıdan əsgərin hərbi biletində silahın təhfil verilməsinə aid hərbi hissədə möhür vurulmayıb.

Telefonla söhbətdə T.Yaqublu habelə deyib ki, onun Gürcüstana getməsinə icazəni yalnız Prezident Administrasiyası səviyyəsində verə bilərlər.  

Tofiq Yaqublunun vəkili Elcin Sadıqov  isə artıq, Omdudsman Aparatına və Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.  

Vəkilin bildirildiyinə görə, ona  deyiblər ki bu gün, iyulun 12-də bu   məsələyə baxılacaq.

T.Yaqublunun anasının dəfninin sabah, iyulun 13-nə kimi yubadılacağı gözlənilir.

Məsələyə, hələlik, Ombusman Apparatı və rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.Amma rəsmi qurumlar birqayda olaraq vurğulayırlar ki, bu ölkədə insanlar siyasi baxışlarına görə, ayrıseçkiliyə məruz qalmırlar.  

Xatırlatma

Tofiq Yaqublu ötən il  martın 22-də saxlanmışdı.Həmin vaxt hüquq mühavizə orqanlarının açıqlamasında iddia olunurdu ki, “8-ci kilometr bazarı”nın yaxınlığında T.Yaqublunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Elxan Cəbrayılovun (zərərçəkən kimi tanınıb) idarə etdiyi “VAZ-2107” ilə toqquşub: “Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun  həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib”.

T.Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyib. Sentyabrın 3-də Nizami rayon Məhkəməsində T.Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilib. Siyasətçi isə sentyabrın 2-dən dövlət ittihamçısının ona cəza istəməsindən sonra aclıq aksiyasına başlamışdı. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılan müxalifətçi aclıq aksiyasını dayandırıb.T.Yaqublunun haqqındakı hökmdən verilmiş şikayətə də hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır.

 

Müxalif siyasətçi bundan əvvəl də iğtişaşda  və razılaşdırılmayan aksiyalarda inzibati hüquqpozmada günhlandırılaraq həm uzunmüddətli, həm də sutkalıq həbslərdə olub.O, saxlanərkən polisin işgəncəsinə məruz qaldığını açıqlayıb, amma bu rəsmi qaydada təkzib edilib.  

 

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button