İdman

“Tokiodakı fövqəladə vəziyyət olsa da, Olimpiada keçiriləcək”

Yaponiyanın paytaxtı Tokioda koronavirus pandemiyası ilə bağlı fövqəladə vəziyyət elan olunsa da, Yay Olimpiya Oyunları keçiriləcək.
Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) iclasında Oyunların Koordinasiya Komissiyasının rəhbəri Con Kouts açıqlayıb.
O, yarışların ləğv edilməyəcəyini bildirib: “Oyunlar keçiriləcək. Hətta Tokiodakı turnir vaxtı fövqəladə vəziyyət olsa belə. İndi Yaponiyada fövqəladə vəziyyət olmasına baxmayaraq, 5 idman növü üzrə test yarışları uğurla keçirilib. Şübhə yoxdur ki, Oyunlar bu vəziyyətdə də keçiriləcək”.
Kouts yarış zamanı olacaq test proseduruna da aydınlıq gətirib: “Biz iştirakçıların vaksinasiya olunmasını alqışlayırıq. Amma buna tamamilə güvənmirik. Atletin və ya digər iştirakçının vaksinasiya edilib-edilməməsindən asılı olmayaraq, testlər daim aparılacaq. Daimi testlər – biz buna güvənirik”.
Qeyd edək ki, Olimpiada iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button